Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir

Şuşada 32 ildən sonra ilk körpə dünyaya gəlib

İşğaldan azad edildikdən sonra Şuşa şəhərində qurulan Modul Tipli Xəstəxanada ilk körpə dünyaya gəlib.

İşğaldan azad edildikdən sonra

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Şuşa sakini, 1990-ci il təvəllüdlü Təranə Xamıyevanın dünyaya gətirdiyi ilk körpəsi qız övladıdır.

Doğulan körpənin çəkisi 3,2 kiloqram, boyu 54 santimetr olub.

Doğuş həkim-mama-ginekoloq Təranə Həsənova tərəfindən uğurla icra olunub.

Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.

Qeyd edək ki, tibb müəssisəsinin həkimləri tərəfindən T.Xamıyevanın hamiləlik müddətində zəruri müayinələri aparılıb və onun vəziyyəti daimi diqqətdə saxlanılıb.