Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir

Sürəyya Ufak: Dahi şəxsiyyətlər barədə məlumatlar uşaqların anlayacağı səviyyədə təqdim olunur

X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində təşkil olunan stendlər arasında diqqət çəkənlərdən biri də “Tarix yazan uşaqlar” (“Tarih yazan çocuklar”) idi. Stenddə Türk dünyasının dahi şəxsiyyətlərinə dair kitablar uşaqların anlaya biləcəyi səviyyədə və Azərbaycan dilində təqdim olunurdu.

X Bakı Beynəlxalq Kitab

“Tarix yazan uşaqlar” layihəsinin Azərbaycan təmsilçisi Sürəyya Ufak bizimlə söhbətində uşaqların Türk dünyasının tarixində keçmişdən bu günə qədər müxtəlif sahələrdə fərqlənən, yolumuzu aydınlaşdıran şəxsiyyətlərə dair məlumat alması üçün onların qavraya biləcəyi formada kitablar hazırlandığını diqqətə çatdırıb. Qeyd edib ki, bunların içərisində sərkərdələr, dövlət qurucuları, elm adamları, yazarlar, idmançılar xüsusi yer alıb: “Onlar tarixdə gerçək şəxslərdir və azyaşlı uşaqların həmin şəxsləri tanımasını istəyirik. Məqsədimiz odur ki, uşaqlar sosial mediadakı yalançı qəhrəmanlardansa uzaq və yaxın keçmişdə yaşamış və tarixdə iz buraxmış şəxsləri tanısın, onları özlərinə örnək seçsinlər. Hər kitabda QR kod sistemi var. QR kod sistemində də minianimasiyalar mövcuddur. Kitablar 4-10 yaşlı uşaqları əhatə edir. Həmin yaş dövründə onlar dil, tarix mövzusunda məlumatları süzgəcdən keçirib yaddaşa yazırlar. Biz məhz uşaqların tariximizi həmin yaş qrupunda öyrənməsini hədəfləyirik. Layihə vasitəsilə bildirmək istəyirik ki, həmin şəxslər bir zamanlar uşaq olmuş, çalışıb-vuruşaraq öz hədəflərinə doğru irəliləyərək Vətəninə, millətinə fayda vermiş, tarixdə adlarından bəhs etdirməyi bacarmışlar. Qısası, hər qəhrəman zamanında bir uşaq olub. Biz uşaqlardan onların böyüyəndə hansı peşə sahibi olmaq istədiklərini soruşur, ona uyğun kitab verərək bir növ düzgün istiqamətə yönləndirik. O, seçdiyi sahəyə aid ilkin məlumatları həmin sahə üzrə tanınmış, peşəkar şəxs barədə öyrənərək alır”.

Layihə rəhbəri onu da bildirib ki, hazırda 20-yə yaxın azərbaycanlı tarixi şəxsiyyətə dair kitabların hazırlanması üzərində iş gedir. Onlar arasında başda Ümummilli Lider Heydər Əliyev olmaqla, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyeva, Azərbaycanın Milli qəhrəmanları Mübariz İbrahimov, general-mayor Polad Həşimov, o cümlədən Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətai, həmçinin Nizami Gəncəvi və digər tanınmış şəxslər yer alıb.