Bunu Turanazerbaycan.com-a azərbaycanlı millət vəkili Ceyhun Məmmədov deyib.
O bildirib ki, dəfələrlə bu barədə Azərbaycan öz mövqeyini ortaya qoyub: “Azərbaycan sülhün gəlməsini istəyir, ancaq bu, yalnız Azərbaycandan aslı deyil.Ermənistanda sülhün gəlməsi üçün real addımları atmalıdır. Biz hələ ki, bunu Ermənistanın yanaşmasında görmürük və təəssüf ki,hələ də Ermənistan vaxtı uzatmağa çalışır və bu istiqamətdə müəyyən yalnış addımları atır. Burada Azərbaycanın bir neçə şərti var. O şərtlərdən biri üçüncü dövlətin qoşunlarının bu ərazilərdə olmaması, həmin ərazilərin tamamilə boşaldılmasıdır. Əfsuslar olsun ki, bunun hələ də Ermənistan tərəfindən yerinə yetirilmədiyini görürük. Eyni zamanda, Zəngəzur dəhlizi açılmalıdır. Bununla da bağlı Azərbaycanın mövqeyi var və ölkəmiz həmin istiqamətdə addımlarını gələcəkdə davam etdirəcək”.
C.Məmmədovun sözlərinə görə, Ermənistan bu cür hadisələrə son qoyulmalı olduğunun fərqinə varmalıdır: “Bu məsələyə son qoyulmazsa, Azərbaycan başqa yollara da əl ata bilər. Hər halda Azərbaycanın şərtləri dəqiqdir. Ermənistan öz havadarlarına uyaraq təbliğat aparmasın və Azərbaycanın şərtlərini dəqiq formada yerinə yetirsin. Həmin şərtlər yerinə yetirildikdən sonra sülh müqaviləsinin imzalanması məsələsinə baxıla, bununla bağlı qərar və addımlar atıla, tədbirlər həyata keçirilə bilər. Eyni zamanda, şərtlərdən biri də Ermənistanın öz konstitusiyasında dəyişiklik etməsidir. Bu da çox önəmli bir məsələdir. Həmin konstitusiya dəyişikliyi olmadan da hansısa sülh təklif edilə bilməz. Ermənistan tərəfi də bu reallığı nəzərə almalıdır”.