Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Sükut dəqiqəsi

AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirən insanların xatirəsi anılıb

AZAL-a məxsus təyyarənin qəzaya

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirən insanların xatirəsi dekabrın 26-da Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində bir dəqiqəlik sükutla yad olunub.

Həmin anda paytaxtın küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.

Qeyd edək ki, respublikamızın şəhər və rayonlarında, idarə və təşkilatlarda, xarici ölkələrdə və məscidlərdə qəza nəticəsində həlak olanların xatirəsi anılır.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.