SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, görüşdə Azərbaycan ilə Pakistan arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda əlaqələrin yüksələn xətt ilə inkişafından məmnunluq ifadə olunub.
Söhbət zamanı ölkələrimiz arasında enerji sektorunda əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilib, həmçinin Pakistana maye təbii qaz (LNG) təchizatının davam etdirilməsinə, SOCAR-ın Pakistanda həyata keçirilən layihələrdə iştirakı imkanlarına dair məsələlər müzakirə edilib.