Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir

Sərdar Turan: Azərbaycan kimi yüksək potensiala malik bir ölkə davamlılıq gündəliyi ilə daha sürətlə irəliləyə bilər

“Davamlılıq çox kritik və vacib məsələdir. Çünki dünya çox mühüm bir dəyişiklik prosesindədir. Yeni bir dövr başlayır. Burada da sistemləri dəyişdirmək və transformasiya etmək şansımız var. Davamlılıq dinamikası ilə bunun daha güclü olacağına inanırıq”.

“Davamlılıq çox kritik və

Bunu Bakıda jurnalistlərə müsahibəsində “Harward Businnes Review Turkiye” nəşrinin baş redaktoru Sərdar Turan deyib.

“Harward Businnes Review Turkiye” olaraq biz şirkətlərin transformasiyanı düzgün həyata keçirməsi və bu dəyişikliyin dünyada effektiv olması üçün çox çalışırıq. Bununla bağlı müxtəlif araşdırmalar aparırıq. Onlardan bəzilərini burada azərbaycanlı dostlarımla bölüşmək məni çox sevindirdi. COP29 burada böyük bir gündəm yaradacaq. Hesab edirəm ki, Azərbaycan kimi yüksək potensiala malik bir ölkə davamlılıq gündəliyi ilə daha sürətlə irəliləyə bilər. Buna az da olsa öz töhfəmizi verə biliriksə, çox sevinərik. Burada mediadan olan həmkarlarım və dostlarımla məlumat mübadiləsi aparmaq mənim üçün də çox xoş oldu. Davamlılıq media dünyasında yeni bir sahədir. Buraya olan marağı, gənc dostların bu məsələ ilə bağlı həyəcanını görmək məni çox sevindirdi. Əminəm ki, qarşıdakı dövrdə burada çox yaxşı inkişaf görəcəyik. Biz dünyanı daha yaxşı bir yerə çevirmək və cəmiyyətlərin, insanların və şirkətlərin, bir sözlə, hamımızın gələcəyi üçün daha faydalı işlər görməsinə nail olmaq üçün birlikdə səy göstərməyə davam edəcəyik”, – deyə S.Turan bildirib.

Onun sözlərinə görə, davamlılıq üçün dövlətlə özəl sektor arasında çox səmərəli əməkdaşlıq olmalıdır. “Çünki qarşılaşdığımız problem böyükdür: “Bunu nə dövlətlər, nə şirkətlər, nə də ölkələr təkbaşına həll edə bilməz. Biz qüvvələri birləşdirməliyik. Ölkələr şirkətləri həvəsləndirəcək və dəstəkləyəcək təcrübələr, bəzən isə onları məcbur edəcək qanunlar irəli sürməlidirlər. Biz bütün dünyada bunun nümunələrini görürük. Qısa müddətdə şirkətlər üçün çox çətin bir dövr ola bilər, lakin orta və uzunmüddətli perspektivdə qalıcı olmaq və cəmiyyətə həqiqətən faydalı ola bilmək üçün dövlətlərlə əməkdaşlıq etməli, öz strategiyalarını, xidmətlərini, məhsullarını gözdən keçirməli olacaqlar. Bunu birgə və yükü bölüşməklə etsək, bu, çox daha sürətli və asan olacaq. Amma buna qarşılıqlı münaqişə kimi baxsaq, proses daha uzun və ağrılı olacaq. Ona görə də hesab edirəm ki, bu əməkdaşlıq çox vacibdir”.