Bunu Turanazerbaycan.com-a azərbaycanlı millət vəkili Hikmət Babaoğlu deyib.
O bildirib ki, bu iki qonşu dövlətin münasibəti elə səviyyədədir ki, hətta müttəfiqlik haqqında bəyannamə imzalanıb: “Hər hansısa bir evin bağlanmasının Rusiya-Azərbaycan münasibətlərini korlayacaq səviyyədə olmayacağına inanmaq lazımdır. Bu münasibətlər hər iki xalqın maraqlarından doğan və paylaşdığımız ortaq Avrasiya coğrafiyasının şərtləridir. Münasibətlər isti ola bilər, zaman-zaman hansısa səbəbdəb soyuya bilər, amma bütün hallarda dövlətlərarası münasibətlər heç vaxt bir hadisə ilə korlanmaz. Misal olaraq “Rus evi”nin Azərbaycanda bağlanılması buna təsir edə bilməz. Nəticədə çox epiozdik bir mərhələdir ki, biz bunu artıq arxada qoymuşuq. Hər bir ölkənin suverenliyi onun daxili işlərinə qarışmamaq prinsipi, o ölkə üçün əhəmiyyətlidir. Belə həssas məsələlərdə Azərbaycan daim öz milli maraqlarından çıxış edir. Lakin şübhəsiz ki, bu da Rusiya-Azərbaycan münasibətlərinin korlanmasına səbəb olmur. Ona görə də “Rus evi”nin bağlanması və ya açılması elə də əhəmiyyət kəsb etmir”.
“Rus evi”nin bağlanmasının Rusiya-Azərbaycan münasibətlərini korlayacaq səviyyədə olmayacağına inanmaq lazımdır
“Rusiya-Azərbaycan münasibətləri çoxşaxəli və dərindir”.
