Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir

Rövşən Abdullaoğlu: Biz istər müsbət, istərsə də mənfi tərəflərimizi bir kitaba borcluyuq

“Əsərlərimdə oxuculara bir çox mesaj verməyə çalışıram. Birincisi, əsərlərim ümumiyyətlə həyatda pis insan olmadığı fikri üzərində qurulub. Bir insanı pis edən cəmiyyət və onun özüdür”.

“Əsərlərimdə oxuculara bir çox

Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Rövşən Abdullaoğlu deyib. Onun sözlərinə görə, cəmiyyət insana müəyyən istiqamət verir, pis və ya yaxşı olmağı isə insan özü seçir.

“Oxucuları daha yaxşı insan olmağa kökləyirəm. Həmişə həm özümə, həm də oxuculara bu sualı ünvanlayıram: bir kitab nə edə bilər? Bir kitab mənim həyatımı nə qədər dəyişə bilər? Bəzən kitabın təsirini çox aşağı dəyərləndiririk və inanmırıq ki, kitab doğrudan da böyük bir iş görə bilər. Uzağı fikirləşirik ki, beynimizdə hansısa düşüncələri təhrik etdi, yeni fikirlər yaratdı və bununla da bitdi. Ancaq biz tarixə baxanda görürük ki, dünyada hər nə olubsa, bunu kitablar edib”, – deyə Rövşən Abdullaoğlu bildirib.

Yazarın fikrincə Amerikada quldarlıq quruluşunun məhvi “Tom əminin koması” kitabı ilə başladı və həmin kitab vətəndaş müharibəsinə səbəb oldu:

“Fridrix Nitsşenin əsərləri III Reyxin formalaşmasına gətirib çıxardı. Alman faşistləri öz ideoloji bazasını F.Nitsşenin “Hakimiyyət iradəsi” kimi əsərlərinin üzərində qururdu. Bunlar hamısı bir kitabın qatqısıdır. Dini tematikalı kitablara nəzər salsaq, görərik ki, bütün müqəddəs kitablar minillik böyük bir mədəniyyətin formalaşmasına gətirib çıxarıb. Fəlsəfi kitablar, xüsusilə də Nikkolo Makiavellinin siyasi fəlsəfədə yazdığı kitablar böyük ölkələrin siyasi istiqamətini formalaşdırıb. Odur ki, biz istər müsbət, istərsə də mənfi tərəflərimizi bir kitaba borcluyuq. Doğrudur, müəllimlərə borclu olduğumuzu deyirlər. Amma unutmayaq ki, o müəllimin də ruhunun qidası kitabdır”.

“Vətən müharibəsi və postmüharibə dövründə baş verən prosesləri əks etdirən hansı əsəriniz var?” sualına yazıçı “Koramal” əsərini misal çəkib. Müəllif Birinci və İkinci Qarabağ savaşlarını özündə birləşdirən onun atası mayor Abdulla Abdullayevə həsr etdiyini deyib: “Atam Birinci Qarabağ müharibəsinin könüllü iştirakçısı olub və döyüşlərdə zabit olaraq iştirak edib. Əmim Birinci Qarabağ müharibəsinin qazisidir. Mən onların simasında vətənpərvərliyi öyrənmişəm. Cəbhədən xəbər gözlədiyimiz günləri heç vaxt unuda bilmərəm. Həmin psixoloji durum, ab-hava beynimə elə qazınıb ki, bütün ruhuma təsir edib. Atamla əmimdən aldığım məlumatlar, öz araşdırmalarım nəticəsində “Koramal” əsərini qələmə aldım. Əsər tam olaraq Birinci Qarabağ müharibəsinə həsr olunmayıb. Buraya İkinci Qarabağ savaşının qəhrəmanlarının şücaətlərini də daxil etmiş, tarixi Qələbəmizdən də bəhs etmişəm. Bu, əslində, bir Zəfər kitabıdır. Onu oxuyan dərdimizi də, qəhrəmanlığımızı da, xalqın möhkəm iradəsini də, Zəfərə gedən uzun yolu da görür. Otuz il əvvəl əlimizdə demək olar ki, heç nə yox idi, təchizat çox zəif idi. Lakin o dövrün qəhrəmanlarından ilhamlanan, onları özlərinə örnək götürən gənclər orada döyüşən ataların yetişdirdiyi oğullar Vətən müharibəsinin qalibləri oldular. Əslində “Koramal”da istəmişəm ki, Birinci Qarabağ müharibəsinin şəhidlərini də unutmayaq. Əsərdə, həmçinin qadın roluna da toxunmuşam. Azərbaycan cəmiyyətində vətənpərvərliyin kökündə ana durur. Ona görə də “Koramal” əsərində ana elementini çox qabartmışam. Belə ki, yaşadıqları çətinliklərə rəğmən sınmayan, heç kimin qarşısında əyilməyən, əsarətdə olan anadan söhbət gedir. O, azadlıqda olduğu kimi düşmən qabağında da rəşadətlidir. Ataları da, övladları da müdafiə edən anadır. Lazım olanda canını qurban verir və düşmən qarşısına çıxır. Razıdır ki, bütün bəlalar ona gəlsin, ancaq onun övladlarına, yoldaşına, atasına heç nə olmasın. Bəzən ata obrazını qabardırıq, ana obrazı yaddan çıxır. Əslində, bizim onlara böyük borcumuz var. Çünki atanı da yetişdirən hansısa ana olub”.

Göyçək Mahmudlu