Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir

Ramiz Rövşən: “Nəfəs” mənim varlığımın ifadəsidir

X Bakı Beynəlxalq Kitab Sərgisinin sonuncu günündə Xalq şairi Ramiz Rövşənin “Nəfəs” kitabının təqdimatı keçirilib.

X Bakı Beynəlxalq Kitab

 

Təqdimat mərasimindən sonra Xalq şairi suallarımızı cavablandırıb.

– Ramiz müəllim, niyə məhz “Nəfəs”? “Nəfəs” kimlərə bir nəfəs qədər yaxındır?

– Hər bir şairin, yazıçının bir ömür kitabı olur. “Nəfəs” də mənim nəfəsimdir və hər şeyi onunla ifadə etmişəm. Məlum olduğu kimi yaradılışın dörd vacib ünsürü var – torpaq, su, od, hava. Onların içərisində insan üçün ən vacibi havadır. Havanın da bizdə varlığı nəfəsdir. Ona görə də mənim üçün nəfəs dörd ünsürün ən vacib olanıdır. Fəlsəfi dərinliyə getsək, insana ən yaxın nəfəsdir, o kitab da mənim özümə, nəfəsi, düşüncəsi mənə doğma olan saysız-hesabsız oxuculara yaxındır. “Nəfəs” adını yaşayışın, varlığın ən birinci şərti kimi kitaba vermişəm. Qısacası “Nəfəs” mənim varlığımın ifadəsidir.

– Ramiz Rövşən özünü daha çox hansı şeirində ifadə edib? Oxuculara çatdırmaq istədiyi fikirləri hansı şeirin misralarına düşüblər?

– Mən bütün şeirlərimdə özümü ifadə etmişəm. Hətta elə şeirlərim var ki, bir-birini inkar edir. Məsələn 25 yaşımda yazıb 35 yaşımda əksini dediyim şeirlər olub. Başqa bir situasiyada görmüşəm ki, orada haqlı deyildim. Mənim özümü inkar edən, özümə əks olan fikirlərim çoxdur. Oxucular bunu çox da tuta bilməyiblər. Mən də bundan zövq alıram.

Mən şeirlərimi yazanda oxucu haqqında düşünmürəm. Əgər bir şair oxucu haqqında düşünsə, itirəcək. Yəni sən olduğun kimi deyil, oxucularının səni sevdikləri kimi olmağa çalışacaqsan. Bu, şairin daha yaxşı bir əsər ortaya çıxartmasına çox mane olur. Odur ki, oxucudan “azad olmaq”, amma onu sevmək lazımdır. O da səni sevirsə, bu, ikiqat meyardır.

Ümumiyyətlə, insan prinsiplərini, düzgün həyat düşüncəsini, doğru yanaşma tərzini, haqq-ədalətə münasibətini dəyişməməlidir. Bir şeir, bir mimika, bir əhval başqalarına da təsirsiz ötüşmür. Məsələn, müəllifi olduğum “Təbəssüm” şeiri beynində intihar planları quran birini yaşada bilər. Təbəssümümüz birinə həyat da verə bilər, xoşbəxtliyimiz başqalarını sarsıda da bilər. Kədərli, pəjmürdə görkəmimiz kiminsə xoşbəxtliyinə mane törədər. Arzum odur ki, heç kəsin simasından təbəssüm əskik olmasın.

– Ruhum, dur, yığış gedirik,

Sən yuxarı, mən aşağı…

– Qeyd edilən misralar birmənalıdır, yoxsa sizinlə oxucu arasında məna cəhətdən fərqliliklər var? Daha çox kimlərin dilindən düşmür?

– Həmin misraları bir yaşdan sonra hamı təkrarlayır. Lakin burada müxtəlif mənalar ifadə olunub. Ruh söhbəti çox dərinliklərə gedib çıxır. Ümumilikdə isə həmin misralar mənim ruhuma münasibətimdir. Şairin ruhu, həyatı, özü həmişə üst-üstə düşmür. Arzum budur ki, üst-üstə düşsün.

Göyçək Mahmudlu