Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Qısa zamanda aparılan abadlıq işləri böyük bir qətiyyətin göstəricisidir

Biz növbəti dəfə Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizə səfər etdiyini gördük. Bu səfərində də ölkə başçısı orada bir çox açılışlarda iştirak etdi. Ümumiyyətlə, görünən odur ki, gərgin iş qrafikinə baxmayaraq, Prezident davamlı olaraq özü bölgəyə səfərlər edir, orada gedən proseslərlə birbaşa tanış olur, eyni zamanda, öz tapşırıqlarını verir. Bütün bunların hamısı xüsusi əhəmiyyət daşıyır. Bununla Prezident İlham Əliyevin bölgəmizdə quruculuq işlərinə necə həssaslıqla yanaşdığının şahidi oluruq.

Biz növbəti dəfə Prezident

Bunu Turanazerbaycan.com-a millət vəkili Ceyhun Məmmədov deyib.
Artıq Ağdamda sürətli şəkildə yenidənqurma işlərinin aparıldığını deyən deputat bunun da dövlətimizin diqqəti sayəsində baş verdiyini diqqətə çatdırıb. Orada İmarət Kompleksinin inşası, otellərin tikilməsi və s. bütün bunlar böyük işlərdir. Biz bir daha görürük ki, Azərbaycan ən qısa zamanda bölgədə abadlıq işlərini həyata keçirə bilir. Bütün bunlar da ortada böyük bir qətiyyətin olduğunu göstərir. Qısa zamanda bu qədər işi reallaşdırmaq heç də asan deyil. Bu, dövlətimizin bu məsələyə necə həssas yanaşdığını göstərir”.