Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Qazaxıstanda qəzaya uğrayan AZAL təyyarəsinin sərnişinlərini xilas edənlər mükafatlandırılıb

Yanvarın 5-də Qazaxıstanın Mangistau vilayətinin akimi Nurdaulet Kilıbay Aktauda “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xilas edilməsində şücaət göstərmiş vətəndaşları mükafatlandırıb.

Yanvarın 5-də Qazaxıstanın Mangistau

Qazaxıstan mətbuatın yaydığı məlumata görə, təcili yardım xidmətlərinin əməkdaşları, həkimlər və regional şirkətlərin nümayəndələri “Aybın” və “Kurmet” ordenləri ilə təltif ediliblər.

Pilotlar, xilasedicilər, həkimlər və aviadispetçerlər “Cəsarət” medalı ilə təltif olunublar.

Daha 51 nəfərə Qazaxıstan Prezidenti adından təşəkkürnamə təqdim edilib.

Qeyd edək ki, ötən il dekabrın 25-də Bakı-Qroznı reysini həyata keçirən AZAL-ın sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.