Bu sözləri səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, yaralananların xəsarətləri əsasən travmatik zədələrdir, sınıqlar və küt travmalar müşahidə olunur. “Ağır vəziyyətdə olan şəxslər hazırda süni tənəffüs aparatına qoşulmuş vəziyyətdədirlər. Onların vəziyyətində müsbət dinamika müşahidə edildikdən sonra təxliyə həyata keçiriləcək”, – deyə nazir vurğulayıb.