Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Qazaxıstan nümayəndə heyəti Azərbaycan HHQ-ni ziyarət edib

Qazaxıstan Respublikasının Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti Azərbaycan Hərbi Hava Qüvvələrini ziyarət edib. Görüşdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin, Dövlət Mülki Aviasiya Agentliyinin, Xarici Kəşfiyyat İdarəsinin, “Azərbaycan Hava Yolları” QSC-nin və “Azəraeronaviqasiya” Hava Hərəkətləri İdarəsinin nümayəndələri də iştirak ediblər.

Qazaxıstan Respublikasının Hərbi Hava

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə qərargahda keçirilən görüşdə Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndəsi qonaqları salamlayıb. Görüş zamanı “Təxirəsalınmaz uçuşların təmin edilməsi zamanı qarşılıqlı əlaqə və qarşılıqlı fəaliyyətin təşkili məsələlərinin müzakirəsi” mövzusu çərçivəsində maraq doğuran bir çox məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Sonda xatirə şəkli çəkdirilib və qonaqlara hədiyyələr təqdim olunub.