Qarın, çovğunun gücü bizdən zəifdir – sərhədimiz etibarlı əllərdədir!
Sərhədçilər günün 24 saatı istənilən hava şəraitində, sərhədin keçdiyi hər nöqtədə keşik çəkir, vətənin təhlükəsizliyini təmin edir.
Bu peşə yalnız ölkə üçün deyil, həm də sərhədçinin özü üçün fədakarlıq tələb edir. Uzun müddət ailəsindən uzaqda qalmaq, sərt hava şəraitində təhlükəli vəziyyətlərə hazır olmaq bu peşənin ayrılmaz hissəsidir. Buna baxmayaraq, sərhədçilər vətən sevgisi və məsuliyyət hissi ilə vəzifələrini layiqincə yerinə yetirirlər.
