Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir

Qalib Dövlətimizin Tərəqqisi Naminə Birgə Addımlayaq!

49 saylı Abşeron ikinci seçki dairəsindən deputatlığa namizəd Rizvan Nəbiyev

49 saylı Abşeron ikinci

R.Nəbiyev 1975-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Qanlı kəndində anadan olub. Yeddinci sinifə qədər Qanlı kənd orta məktəbində təhsil alıb. Daha sonra Ermənistandan azərbaycanlıların qovulması səbəbindən təhsilini Bakı şəhərində davam etdirib.

BDU-da Beynəlxalq münasibətlər üzrə mütəxəssis bakalavr (1997) və Almaniyanın Saarbrüken Universitetində Avropa hüququ üzrə magistr təhsili – LL.M. (1999) alıb. Berlin Azad Universitetində Siyasi elmlər doktoru (Dr.rer.pol) elmi dərəcəsinə yiyələnib (2003). Müstəqilliyimiz tarixində Almaniyada humanitar elmlər sahəsində müdafiə edən ilk azərbaycanlı alim olub. Xəzər hövzəsində enerji siyasəti və geosiyasi maraqlar mövsuzunda kitabı alman dilində nəşr edilib (Berlin, 2004). Dünyanın 100 ən yaxşı universiteti sırasında olan Berlin Azad Universitetində dərs deyib.

Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına dair alman və ingilis dillərində 15 kitabın yazılması və nəşrini təmin edib. Alman və ingilis dillərində nəşr olunmuş “Şuşanın irsi” elmi monoqrafiyasının həmmüəllifidir (Berlin, 2022-2023).

R.Nəbiyev 20 ildən artıqdır diplomatik fəaliyyətdədir, Azərbaycanın Almaniyadakı Səfirliyində və Xarici İşlər Nazirliyində müxtəlif məsul vəzifələrdə çalışıb. 2022-ci ildən Xarici İşlər Nazirliyində İdarə rəisidir. 80-dən artıq dövlətlə beynəlxalq müqavilələrin və digər sənədlərin razılaşdırılması və imzalanmasına töhfə verib. Ölkəmizin təqdimatına həsr edilmiş “2008 – Almaniyada Azərbaycan İli”nin Səfirlik üzrə Əlaqələndiricisi olub. Səmərəli fəaliyyəti ilə əlaqədar olaraq “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib və bir sıra digər təltiflərə layiq görülüb.medalı ilə təltif edilib və bir sıra digər təltiflərə layiq görülüb.