Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Pakistanın Baş naziri “ASAN xidmət”də

Fevralın 25-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Fevralın 25-də Pakistan İslam

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Qonağa “ASAN xidmət” modeli ilə bağlı təqdimat edilib. Hazırda Azərbaycanın intellektual brendinin 20-dən çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb.

Qonaq Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət”in onda yüksək təəssürat yaratdığını və əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. Həmçinin o, yaxın müddətdə İslamabad şəhərində “ASAN xidmət” təcrübəsi əsasında vahid məkandan xidmətlər göstərən mərkəzin fəaliyyət göstərməsi arzusunda olduğunu və bununla bağlı tezliklə əməkdaşlıq sazişinin imzalanacağını vurğulayıb.

Həmçinin qonağa “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar ətraflı məlumat verilib.