Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir

Nazir müavini: Yaxın zamanda Özbəkistan Azərbaycanla icazə sistemi tətbiq edəcək

Özbəkistan dünyada ilk dəfə Türkiyə ilə birlikdə icazə sistemi tətbiq edib. Biz bunu Qazaxıstanla da həyata keçirdik. Çox yaxın vaxtlarda Türkmənistan və Azərbaycanla da həyata keçirməyi planlaşdırırıq.

Özbəkistan dünyada ilk dəfə

İQTİSADİYYAT

Nazir müavini: Yaxın zamanda Özbəkistan Azərbaycanla icazə sistemi tətbiq edəcək

Nazir müavini: Yaxın zamanda Özbəkistan Azərbaycanla icazə sistemi tətbiq edəcəkBakı, 20 noyabr, AZƏRTAC

Özbəkistan dünyada ilk dəfə Türkiyə ilə birlikdə icazə sistemi tətbiq edib. Biz bunu Qazaxıstanla da həyata keçirdik. Çox yaxın vaxtlarda Türkmənistan və Azərbaycanla da həyata keçirməyi planlaşdırırıq.

Bu barədə Özbəkistanın nəqliyyat nazirinin müavini Mamanbəy Ömərov COP29da “Dayanıqlı rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin iştirakı ilə dəyirmi masada çıxışında deyib.

Onun sözlərinə görə, icazə sistemini digər sərhəd ölkələrlə, eləcə də “E-icazə” sistemi ilə tətbiq edəcəklər.

“Hazırda Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xəttinin, eyni zamanda, Trans-Əfqanıstan dəhlizinin tikintisi üzərində işlər aktiv davam edir. Düşünürəm ki, bütün bu marşrutlar Orta Dəhliz üçün əlavə həcm yaradacaq və onun şaxələndirilməsi üçün bir fürsətdir. Dəhlizin daha da inkişaf etdirilməsi və tranzit potensialının artırılması, sərhəddə keçidin sadələşdirilməsi üçün müasir üsulların tətbiqinin həyata keçirilməsi istiqamətində işlər davam edir”, – deyə nazir müavini bildirib.