Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir

Muxtar Babayev: Azərbaycanın İkiillik Şəffaflıq Hesabatı bu həftə təqdimata hazırdır

Azərbaycanın ikiillik Şəffaflıq Hesabatı (BTR) bu həftə təqdim olunmağa hazırdır. “Ambisiyaların artırılması Milli Müəyyən edilmiş töhfələr, Milli Uyğunlaşma Planları və İkiillik Şəffaflıq Hesabatı (BTR) vasitəsilə 1,5 dərəcə hədəfini qorumaq üçün aydın planların hazırlanmasını tələb edir.

Azərbaycanın ikiillik Şəffaflıq Hesabatı

Bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Mavi Zonada keçirilən Yaponiya, Cənubi Afrika Respublikası, Amerika Birləşmiş Ştatları, İtaliya Respublikası, Qazaxıstan Respublikasının nazirlərinin iştirakı ilə “Qlobal iqlim şəffaflığı üzrə nazirlərin dəyirmi masası”nda deyib.

“Qlobal iqlim şəffaflığının bu dəyirmi masada müxtəlif ölkələrin nazirlərinin iştirakı ilə müzakirəsi inanıram ki, daha effektiv addımlar atmağa imkan verəcək.

COP29-u bu addımları atmağa bir fürsət kimi dəyərləndirməyə çağırıram. Bu dəyirmi masada qəbul olunacaq Bakı Bəyannaməsi qlobal iqlim şəffaflığı və qlobal iqlim dəyişikliyi məsələlərində daha səmərəli addımlar atmağa təşviq edəcək”, – deyə M.Babayev əlavə edib.