Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, qeydiyyata alınanların sayı 15 min 696 nəfərdir: “15 min 729 namizəd qeydiyyata alınsa da, onlardan 33 nəfər prosesi dayandırıb və namizədliklərindən imtina edib, 1 nəfər isə ölüb. 16 min 460-ı imza vərəqələri alıb və 16 min 23-ü imza vərəqələrini qaytarıb. Qeydə alınanadək, eləcə də qeydə alındıqdan sonra ümumilikdə 124 nəfər seçki prosesindən çıxıb. Hazırda bələdiyyə üzvlüyünə qeydə alınan namizədlərin sayı 15 min 696 nəfərdir”-deyə o qeyd edib.