Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir

Mina probleminin COP29-da müzakirəyə çıxarılması bu bəladan əziyyət çəkən bütün ölkələr üçün faydalı olacaq

Bu gün dünyada 60-dan çox ölkə, o cümlədən Azərbaycan minadan əziyyət çəkir. Azərbaycan ərazilərinin mina və partlayıcı sursatlarla çirklənmə səviyyəsinə görə dünya ölkələri arasında ilk sıralarda yer alır. 1991-ci ildən bu yana Azərbaycan 3 min 400-dən çox şəxs minadan zərər görüb.

Bu gün dünyada 60-dan

Son 30 ildə Ermənistan Azərbaycana qarşı ekoloji terror siyasəti aparıb. Qarabağ və Şərqi Zəngəzur bölgəsində meşə fondu məhv edilib, su resurslarımız ciddi çirklənməyə məruz qalıb. Ermənistanın dağ-mədən sənayesi çaylarımızı bu gün də çirkləndirir. Yəni işğal bitib, lakin ekosid davam edir. Ən pisi odur ki, ermənilər bizi gizli düşmənlə üz-üzə qoyub gedib. Ərazilərimiz piyada və tank əleyhinə minalarla çirkləndirilib. Təqribi hesablamalara görə, həmin ərazilərimizdə 1,5 milyon mina basdırılıb. Ölkəmizin 9 min kvadratkilometr ərazisi bu səbəbdən hazırda təhlükəli hesab edilir.

Bunu  “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.

O qeyd edib ki, 2020-ci ilin noyabr ayından bu günə qədər aparılan minatəmizləmə əməliyyatları nəticəsində 150 min hektara yaxın ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib: “Mina problemi Böyük Qayıdışın daha qısa müddətdə həyata keçirilməsinə, bərpa, quruculuq işlərinə mane olur. Azərbaycan kənd təsərrüfatı ölkəsidir. Əkinə yararlı torpaqların əhəmiyyətli hissəsi Qarabağ və Şərqi Zəngəzurdadır. Biz aqrar sektoru canlandırmaq, əkin sahələrini fermerə, kəndliyə həvalə etmək üçün minaları təmizləməliyik. Başqa ölkələrin təcrübəsi göstərir ki, torpaqların minalardan tam təmizlənməsi 25-30 ilə başa gəlir. Minatəmizləmə ağır, riskli və çətin işdir. Qısacası, düşmən bizə böyük bir problem qoyub gedib. Yalnız xarici dövlətlərin, beynəlxalq təşkilatların dəstəyi ilə biz bu işləri sürətləndirə bilərik. Mina təkcə insanları öldürmür, şikəst etmir, eyni zamanda, heyvanlara da zərər vurur. Qarabağ və Şərqi Zəngəzurda bu günə qədər onlara minaya düşüb şikəst olmuş heyvanın foto və video görüntüləri qeydə alınıb. Hətta minadan tələf olmuş vəhşi heyvanların sümükləri aşkar edilib. Mina partlayışı baş verdiyi ərazidə yanğınlar bitki aləmini, ağacları, kolları məhv edir, havanı, torpağı və suyu çirkləndirir. Mina bütünlükdə ekosistemə təhlükə törədir. Buna görə də bölgə dövlətləri Azərbaycanın mina ilə çirklənmiş ərazilərinin təmizlənməsində maraqlı olmalıdır”.

Azərbaycanın “Mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətlər” adlı 18-ci Dayanıqlı İnkişaf Məqsədi (DİM) irəli sürdüyünü xatırladan təşkilat sədri bildirib ki, həmin DİM işğaldan azad olunmuş ərazilərimizə təhlükəsiz qayıdış, məskunlaşma, bərpa, rifah və sülh üçün mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyəti özündə ehtiva edir. 18-ci məqsəd insanların təmiz ətraf mühitdə, sağlam və yüksək rifahda, o cümlədən sülh və təhlükəsizlik şəraitində yaşamasına yönəlib. Qeyd olunub ki, Azərbaycan mina problemini bu il ölkəmizdə keçiriləcək COP29 konfransında da qaldıracaq və dünyanın diqqətini minanın həm ətraf mühitə, həm də insanlara vurduğu zərərə yönəltməyə çalışacaq.

“Dünyanın diqqətindən yayınan həmin problemin belə mötəbər tədbirdə müzakirəyə çıxarılması həmin bəladan əziyyət çəkən bütün ölkələr üçün faydalı olacaq”, – deyə E.Cəfərli bildirib.