Əvvəlcə Komissiyanın sentyabrın 4-də və 5-də keçirilən iclaslarının protokolları təsdiq edilib.
Sonra 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Seçki qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər beynəlxalq müşahidə missiyasının təmsilçiləri, media mənsubları, o cümlədən maraqlı subyektlərin bilavasitə iştirakı ilə Komissiya üzvləri tərəfindən geniş müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.
İclasın sonunda, həmçinin cari məsələlərə də baxılıb.