Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Keçmiş məcburi köçkünlərin öz dədə-baba yurduna qayıtması dövlətin əsas prioritet məsələlərindən biridir

“Prezident İlham Əliyev vaxtaşırı işğaldan azad olunmuş ərazilərə səfər edir, bununla da quruculuq və bərpa işlərini özü nəzarətdə saxlayır, tapşırıqlar verir, eyni zamanda, həmin prosesdə çox ciddi dəyişikliklər edir”.

“Prezident İlham Əliyev vaxtaşırı

Bunu Turanazərbaycan.com-a azərbaycanlı millət vəkili Aydın Mirzəzadə deyib.
Deputatın sözlərinə görə, görünən ondan ibarətdir ki, Ağdam şəhərinin bərpası üçün çox böyük işlər görülür. Yaşayış evləri tikilir, məktəb, uşaq bağçası eyni zamanda sosial obyektlər inşa edilir. Ağdam Azərbaycanın musiqi, muğam akademiyası olduğuna görə burada böyük bir Muğam Mərkəzi də tikilməkdədir. Görülən işlər demək olar ki, tamamlanmaq üzrədir.
A.Mirzəzadə vurğulayıb ki, bunun özü onu göstərir ki, işğaldan azad olunan Ağdam yenidən özünün əzəmətli görkəmini əldə edir və ağdamlıların geri qayıdacağı gün elə də uzaqda deyil: “Ölkə başçısı son səfəri zamanı təkcə Ağdama deyil, Xocalı və Xankəndiyə də baş çəkdi. Həmin ərazilərdə həm sakinlərlə görüşdü, həm fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış oldu, Xankəndidə “Bulud” hotelinin açılışında, Zəfər parkının təməlqoyma mərasimində iştirak etdi. Ölkə başçısının, həmçinin Xocalıya köçən bir qrup sakinlə səmimi söhbəti, onların qayğıları ilə maraqlanması onu göstərir ki, keçmiş məcburi köçkünlərin öz dədə-baba yurduna qayıtması dövlətin əsas prioritet məsələlərindən biridir”.