Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) Anadolu Agentliyinə (AA) bildirilib.
AA-nın məlumatına əsasən, bu gün yerli vaxtla saat 09:00-a qədər 0-4 bal arasında 258, 4-5 bal arasında 7, 5 və daha yuxarı gücdə 1 təkan olmaqla, ümumilikdə 266 afterşok qeydə alınıb.
AFAD-dan Elmi Şuranın araşdırmalarına əsasən ictimaiyyətə verilən məlumatda, zəlzələ zamanı qırılan seqmentin uzunluğunun təxminən 15, eninin isə 9,5 kilometr olduğu, 30 santimetr yerdəyişmənin ölçüldüyü bildirilib.