Bunu Turanazerbaycan.com-a azərbaycanlı millət vəkili Naqif Həmzəyev deyib.
O bildirib ki, iki ölkə arasında qardaşlıq, dostluq münasibətləri elə bir səviyyəyə gəlib çatıb ki, bütün sahələrdə qarşılıqlı əməkdaşlıq edirik və bunu inkişaf etdiririk: “Xüsusilə “Şuşa Bəyannaməsi”nin imzalanmasından sonra münasibətlərin inkişaf mərhələsinə başlanılıb. Tarixi köklərimiz, mədəni, siyasi, dini sahələrdəki birgə layihələrimiz, xüsusilə də , hərbi sahədəki əməkdaşlığımız imkan verir ki, bütün məsələlərdə birgə addım ataq. Azərbaycan bütün beynəlxalq layihələrini Türkiyə vasitəsilə reallaşdırır. Bütün bunlarla yanaşı, Naxçıvanın hərtərəfli enerji təminatını həyata keçirmək layihələrindən biri “İqdır-Naxçıvan qaz-boru kəməri”nin salınması idi. Bir il yarım bundan öncə Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təməli qoyulmuşdu. Dövlət başçısının Türkiyəyə növbəti səfəri zamanı əsas məqsədlərdən biri boru kəmərinin açılışını həyata keçirmək idi. Görüş əsnasında həmin qarşlıqlı münasibətlərin inkişaf etdirilməsi, regional və qlobal məkanda baş verən prosesləin analizi, xüsusilə, gələcək layihələrlə bağlı müzakirələr baş tutdu. Azərbaycan Prezidenti tərəfindən Zəngəzur dəhlizinin açılması məsələsinə toxunuldu. Naxçıvanın qorunub saxlanılması və təhlükəsizliyinin təmin edilməsi məsələləri bir daha vurğulandı”.
Millət vəlkili vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin Naxçıvanı qoruyub saxlama xidmətlərinə xüsusi olaraq toxunulub: “İnanıram ki, yeni istifadəyə verilmiş qaz-boru kəməri yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılmasına, enerji resurslarının daşınması ilə əlaqədar vahid şəbəkənin genişləndirilməsinə böyük xidmət edəcək. Eyni zamanda Naxçıvanın enerji resurslarına çıxışının operativliyini təmin etmiş olacaq. Türkiyənin mövqeyi Azərbaycanla üst-üstə düşür və biz inanırıq ki, münasibətlərin daha da gücləndirilməsinə çox böyük töhfə vermiş olacaq. Ümid edirəm ki, tezliklə Ermənistan tərəfi Azərbaycanla sülh sazişi imzalayacaq. Ermənistan-Türkiyə ilə münasibətlərinin səmimi müstəvidə normallaşmasına isti yanaşacaq. Ümumilikdə bu səfəri müsbət dəyərləndirirəm. Görüş əsnasında hər iki lider tərəfindən səmimi dialoqun olması, qardaşlıq, dostluq münasibətlərinin ən yüksək səviyyədə olmasına şahidlik etdik. Bu, həm Azərbaycan həm də türk xalqının arzuladığı mənzərədir. İnanıram ki, bundan sonra Azərbaycan-Türkiyə bütün məsələlərdə birlikdə olacaq və güclərinə güc qatacaq”.