Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir
Dünya

İki materik, üç qitədə iz salan şirkət – “Arenol Group Construction”

Bu il 25 illiyini qeyd edən “Arenol Group Construction” şirkəti 1999-cu ildə “Arenol Group” adı ilə fəaliyyətə başlayıb. Türkiyənin İstanbul, İzmir və bir çox şəhərlərində əhəmiyyətli tikili və obyektlərin inşasına imza atıb. Bundan əlavə, çox keçmədən şirkətin sorağı ölkə hüdudlarından kənarda da duyulur. Şirkət Qətər, Özbəkistan, Qazaxıstanda da öz tikililəri ilə yerli bazardakı rəqibləri ilə başabaş mübarizə aparır. Hətta şirkət ekvator xəttini keçərək cənub yarımkürəsində Afrikada da metal konstruksiyadan olan tikililəri ilə iz salmağa başlayır. Beləliklə, “Arenol Group Construction” şirkəti iki materik, üç qitədə adından söz etdirməyi bacarıb.

Beləliklə, “Arenol Group Construction” şirkəti iki materik, üç qitədə adından söz etdirməyi bacarıb. “Arenol Group” şirkəti təbii ki, qardaş ölkə Azərbaycanda da öz inşaları ilə tarixi və müasir tikililərin gözoxşayan cərgəsinə qoşulmağı bacarıb. Lakin şirkətin 25 illik fəaliyyətinin ən yaddaqalan, ən qürurverici anları 4 il əvvəl can Azərbaycanın əldə etdiyi Qarabağ zəfərindən sonra başladı. Laçında, Xocalıda, Kəlbəcərdə tikinti işlərini yüksək peşəkarlıqla yerinə yetirən komanda “Bir millət iki dövlət” prinsipini rəhbər tutaraq öz işinə məsuliyyətlə yanaşır və azad edilmiş ərazilərin abadlaşdırılmasında böyük sevinc və qürur hissi ilə iştirak edir. İşğaldan azad edilmiş torpaqlarda metal konstruksiyadan fabrik depolar, fermalar, peşə məktəbləri, A-frame otellər, konteyner ofisləri, qonaq evləri, kafe konteynerlər, “tiny house”lar inşa edir. Bu məqamda qeyd etmək yerinə düşər ki, 2023-cü ilin sentyabrında Ermənistan silahlı qüvvətlərinin törətdiyi təxribatlar zamanı Laçında aparılan işlərin müvəqqəti olaraq dayandırılması göstərişi verilsə də, könüllü olaraq əməkdaşların bir qismi şəhərdən çıxmamağı seçdi. Digər qismi isə Ömər aşırımında ermənilərin hədəfinə çevrilsə də, Azərbaycan ordusu çevik davranışı nəticəsində bütün əməkdaşları sağ salamat çıxara bildilər.sağ salamat çıxara bildilər.

Demək olar ki, Laçın şəhəri sıfırdan quruldu. Laçında tikinti işləri o qədər sürətlə aparıldı ki,  üç illik işlər səkkiz ayda tamamlandı. Şirkətin Laçındakı inşalarına fermalar, fabriklər, depolar, konteynerlər, ofis konteynerləri, kafe konteynerlər və demək olar ki, 100 ədəddən çox “tiny house”lar və A-frame otellər daxildir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanda ilk dəfə olaraq A-frame otelləri “Arenol Group” tərəfindən Laçın şəhərində tikildi. Həmin otellər çox mənzərəli bir yerdə Həkəri çayının sahillərində yerləşir. Fəxr hissi ilə deyə bilərik ki, Laçında Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olan obyektlər sırasında “Arenol Group”un da inşaları var. Şirkətin tikdiyi fabrik və fermalarla tanış olan Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva məmnunluqlarını ifa ediblər. Bu, şirkətin əməkdaşlarını daha da ruhlandırdı və məsuliyyətlərini daha da artırdı.

Ermənistanla sərhəddə – Kəlbəcərdəki tikinti işləri isə şirkətin məsuliyyətini birə beş artırır. Şirkət Kəlbəcərdə Vətən keşiyi çəkən hərbi qulluqçular üçün əsgər yataqxanasının tikintisini yüksək peşəkarlıqla həyata keçirir. “Arenol Group” ağrılı yerimiz olan Xocalıda apardığı tikinti işlərinə isə xüsusi həssaslıqla yanaşır.“Arenol Group” ağrılı yerimiz olan Xocalıda apardığı tikinti işlərinə isə xüsusi həssaslıqla yanaşır.

“Arenol Group Construction” şirkəti 25 illiyini dostluq və qardaşlığımızın Zəfər təntənəsində qeyd etməkdən qürur duyur, qısa zamanda azad edilmiş ərazilərdə bu qədər böyük işlərə imza atmaqdan fəxr hissi keçirir. Şirkət öhdəsinə düşən bütün vəzifələri yerinə yetirməyə hər zaman hazır olduğunu bəyan edir.hər zaman hazır olduğunu bəyan edir.

DİĞER GALERİLER

TÜMÜ

DİĞER GALERİLER

FOTO GALERİ ANA SAYFA'YA GİT