Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir

Heydər Əliyev Mərkəzində “Opera və moda. 7 gözəl” layihəsi təqdim edilib

Sentyabrın 22-də Heydər Əliyev Mərkəzində “Opera və moda. 7 gözəl” adlı konsert keçirilib.

Sentyabrın 22-də Heydər Əliyev

“SULTAN COUTURE&Co” brendinin bu layihəsi incəsənətin iki aparıcı istiqaməti – musiqi və dəbin vəhdəti ideyasını çatdırır.

Opera və moda həmişə bir-birinə sıx bağlı olub. Opera geyimləri modaya və ya əksinə – geyim dəbləri opera səhnəsinə daim sirayət edib. “Opera və moda. 7 gözəl” də səhnədə rəssam-modelyer Orxan Sultanın təqdimatında Azərbaycan kəlağayısının ornamentləri və milli geyimlərimizin elementlərini müasir ziyafət libaslarında birləşdirir.

Konsertin repertuarını Azərbaycan operaları, operettaları, romans və duetlərindəki ariyaların dünya əsərləri ilə sintezi təşkil edib. Həmin gün Heydər Əliyev Mərkəzində dünyanın aparıcı operalarından dəvət alan və ən böyük musiqi səhnələrində ifa edən vokalçılar – Azərbaycanın Əməkdar artisti Afaq Abbasova, Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının solisti Anastasiya Çernovolos, Azərbaycanın Əməkdar artisti, “Helikon-opera” Moskva Musiqili Teatrının dəvət olunmuş solisti Elnarə Məmmədova, Rusiyanın “Bolşoy Teatr”ının solisti Jalə İsmayılova, Özbəkistanın Əməkdar artisti, Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının və İtaliyanın “La Skala” Opera Teatrının dəvət olunmuş solisti Şirin Mamatova, beynəlxalq müsabiqələr laureatı Yana Melikayeva, Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının solisti Yuliya Süleymanova, eyni zamanda dəvət olunmuş qonaq qismində Azərbaycanın Əməkdar artisti Ramil Qasımov çıxış ediblər.

İfaçıları dirijor Orxan Həşimovun rəhbərliyi ilə “Qarabağ” simfonik orkestri müşayiət edib.

Gecə ərzində Heydər Əliyev Mərkəzinin səhnəsində ifaçıların obrazı bir neçə dəfə yenilənib. Opera divalarının Orxan Sultanın Azərbaycanın milli geyimlərinin motivləri əsasında yaratdığı fərqli və orijinal ziyafət libaslarını həm də məşhur LEO PIZZO brendinin zərgərlik nümunələri tamamlayıb.

Konsert proqramı ifaçıların “Azərbaycan” mahnısının və Cüzeppe Verdinin “Traviata” operasından ariyanın birgə ifası ilə başa çatıb.

Həmin gün, həmçinin Heydər Əliyev Mərkəzində sərgi də təqdim edilib. Ekspozisiyada “SULTAN COUTURE” tərəfindən hazırlanan müxtəlif geyimlər nümayiş olunub.Həmin gün, həmçinin Heydər Əliyev Mərkəzində sərgi də təqdim edilib. Ekspozisiyada “SULTAN COUTURE” tərəfindən hazırlanan müxtəlif geyimlər nümayiş olunub.

Layihədə ilk dəfə çıxış etdiyini bildirən Azərbaycanın Əməkdar artisti Afaq Abbasova konsertin çox uğurla yekunlaşdığını diqqətə çatdırıb. O, fikirlərinə belə davam edib: “Opera ilə modanın vəhdəti çox cəzbedicidir. Əslində teatrlarda kostyumlara görə modelyerlərlə xüsusi eskizlər üzərində işləyirlər. Hazırda dünyada klassik operalar üzərində geyimlərin hazırlanması trendi var. Bu, çox gözəl haldır. Çünki bu zaman ifalarla geyimlər bir-biri ilə vəhdət təşkil edir. Bu, tendensiya halını alsa çox gözəl olar”.

Azərbaycanın Əməkdar artisti Elnarə Məmmədova deyib: “Heyrətamiz bir hadisə ilə əlaqədar yenidən Vətənə gəlmişəm. Ümumiyyətlə, opera və modanın harmoniyası həmişə çox maraq cəlb edib. “Opera və moda. 7 gözəl” konsertində gözəl geyimlərdə çıxış etdik, möhtəşəm musiqilər ifa etdik və səhnəni bəzədik”.

Beynəlxalq müsabiqələr laureatı Yana Melikayeva sehrli bir konsertdə iştirak etdiyini və inanılmaz emosiyalar aldığını qeyd edib: “İlk dəfə Azərbaycan dilində “Sevil” operasından “Dilbərin ariyası”nı ifa etdim. Ən melodik dil, ən gözəl musiqi… Hər gün, hər həftə, hər ay olmaq istədiyim yerdə idim, aldığım təəssüratlar unudulmazdır. Ümid edirəm ki, konsertdə olan hər kəs də bizimlə birgə heyrətamiz emosiyaları aldı”.

Bakının onun ən sevdiyi şəhərlərdən biri olduğunu və burada olmaqdan xoşbəxtlik duyduğunu deyən Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının solisti Anastasiya Çernovolos möhtəşəm Heydər Əliyev Mərkəzində opera və modanın harmoniyası ilə əsl bayram əhvali-ruhiyyəsi yaradıldığını və bundan həm ifaçıların, həm də tamaşaçıların zövq aldığını vurğulayıb.bundan həm ifaçıların, həm də tamaşaçıların zövq aldığını vurğulayıb.