Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə şəhid övladları üçün tədbir keçirilib

Avqustun 26-da torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədə qəhrəmancasına həlak olmuş şəhidlərimizin övladları üçün Heydər Əliyev Fondunun təşkilatçılığı və “Dəniz Mall”un dəstəyi ilə tədbir keçirilib.

Avqustun 26-da torpaqlarımızın işğaldan

Avqustun 26-da torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədə qəhrəmancasına həlak olmuş şəhidlərimizin övladları üçün Heydər Əliyev Fondunun təşkilatçılığı və “Dəniz Mall”un dəstəyi ilə tədbir keçirilib.

Şəhidlərimizin bizə əmanəti olan övladları həmin məkanda təşkil edilən əyləncələrdən zövq alıb, müxtəlif oyun aparatlarında, kartinq, boulinq, leqo meydançası və digər əyləncə məkanlarında oynayıb, rəqslərə qoşulublar.

Uşaqlar bu günün təəssüratını birgə nahar süfrəsi arxasında paylaşıblar.Uşaqlar bu günün təəssüratını birgə nahar süfrəsi arxasında paylaşıblar.

“Dəniz Mall”da keçirilən tədbirlə bağlı təəssüratlarını bölüşən şəhid Elnur Xəlilovun qızı Mələk Xəlilova burada çox əyləndiyini söyləyib. O, belə gözəl tədbirə qatıldığı üçün özünü çox sevincli hiss etdiyini deyib.

Şəhid Qara Balakişiyevin qızı Xədicə Balakişiyeva isə bildirib: “Bura mənim çox xoşuma gəldi. Dostlarımızla gözəl vaxt keçirdik. Maraqlı gün oldu. Buradakı attraksionlar çox əyləncəlidir”.

Bu gün çox sevincli olduğunu söyləyən şəhid Şəhriyar Quliyevin oğlu Camal Quluzadə isə qeyd edib: “Burada olan bütün uşaqlar kimi, mən də çox əyləndim, gözəl bir gün keçirdik. Dostlarımla birlikdə yaxşı istirahət etdik. Bu anları heç vaxt unutmayacağam. Hamıya təşəkkür edirəm”.

Tədbirlərin yekununda gözəl istirahət günündən xatirə olaraq hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

Qeyd edək ki, Heydər Əliyev Fondunun gördüyü işlər sırasında valideyn himayəsindən məhrum, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların, həmçinin şəhidlərimizin övladlarının diqqətdə saxlanılması, onların hərtərəfli qayğı ilə əhatə edilməsi xüsusi yer tutur. Fond uşaqlar üçün mütəmadi olaraq tədbirlər keçirir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində səylərini əsirgəmir.onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində səylərini əsirgəmir.