Bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan AZƏRTAC-ın sualına cavabında bildirib.
”Prezident İlham Əliyevin bu baxımdan qərarlı liderliyini təqdir edirik. Azərbaycan Prezidentinin həm ölkəsini, həm də bölgəni inkişaf etdirmək baxımından atmaq istədiyi addımlar mühüm əhəmiyyət daşıyır”, – deyən nazir bölgədə davamlı sülh istiqamətində artıq imzaların atılması üçün qalan bir neçə maddənin də tamamlanmasının lazım olduğunu bildirib və bu il bunun başa çatacağına ümid etdiyini deyib.