Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Yaxın gələcəkdə daha çox məcburi köçkünün öz doğma torpaqlarına qayıdışı ön plandadır

“İşğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdış prosesi dinamik şəkildə davam edir”.

“İşğaldan azad edilmiş ərazilərimizə

Bunu Turanazərbaycan.com-a açıqlamasında azərbaycanlı millət vəkili Günay Ağamalı bildirib.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” bu istiqamətdə əsas yol xəritəsidir: “Dövlət Proqramı çərçivəsində atılan ilk mühüm addım Zəngilan rayonunun Ağalı kəndinin “Ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulması oldu. 2022-ci ildə ilk sakinlər uzun illərin həsrətindən sonra doğma yurdlarına qovuşaraq yeni həyatın təməlini qoydular. Bu təməl Böyük Qayıdışın gerçəyə çevrilməsinin və işğaldan azad edilmiş torpaqlarımza həyatın qayıdışının rəmzinə çevrildi. 2023-cü ilin sentyabr ayında Qarabağda həyata keçirilən 23 saatlıq lokal antiterror tədbirləri nəticəsində bölgədə tam təhlükəsizlik təmin edildi, məcburi köçkünlərin tarixi torpaqlarımıza qayıdışı üçün əlverişli şərait yarandı. Hazırda işğaldan azad edilmiş ərazilərdə təxminən 30 min nəfər yaşayır. Bunların arasında həm qayıdan sakinlər, həm də bərpa-quruculuq işlərində çalışan soydaşlarımız yer alır. Böyük Qayıdışın uğurla reallaşması istiqamətində ərazilərin minalardan təmizlənməsi, infrastrukturun bərpası, yaşayış məntəqələrinin yenidən qurulması və sosial xidmətlərin təşkili istiqamətində genişmiqyaslı layihələr icra olunmaqdadır. Həyata keçirilən tədbirlər nəticəsində yaxın gələcəkdə daha çox məcburi köçkünün öz doğma torpaqlarına qayıdışı ön plandadır. Dövlətimiz Böyük Qayıdış prosesini böyük həcmdə dövlət büdcəsindən ayrılan maliyyə resursları hesabına həyata keçirir. Azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsi həm ölkəmizin iqtisadi gücünün, həm də milli həmrəyliyimizin daha bir göstəricisidir”.