Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Hərbi dənizçilərimiz “AMAN-25” çoxmillətli təlimi və dialoqunda iştirak edir

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndələri Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilən “AMAN-25” çoxmillətli dəniz təlimi və “AMAN” Dialoqunda iştirak edir.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin

Dünyanın müxtəlif ölkələrindən HDQ komandanları və qərargah rəisləri, sahil mühafizəsi komandirləri və yüksək səviyyəli liderlərin regional dəniz təhlükəsizliyini müzakirə etmək və inkişaf edən dəniz təhdidlərinə qarşı birgə strategiyalar hazırlamaq məqsədilə keçirilən ilk AMAN Dialoqunda ölkəmizi HDQ komandanının birinci müavini – qərargah rəisi birinci dərəcəli kapitan Teymur Mürşüdov təmsil edir.
Liman və dəniz fazalarından ibarət olan 9-cu çoxmillətli təlimdə (“AMAN-25”) isə Azərbaycan HDQ-nin 6 nəfərdən ibarət sualtı hücum və sualtı müdafiə qrupları plana uyğun müvafiq tapşırıqları icra edəcək.
Qeyd edək ki, “Sülh naminə birlikdə” şüari ilə keçirilən təlimə 60 ölkədən gəmilər, təyyarələr, xüsusi təyinatlılar, partlayıcı maddələrin zərərsizləşdirilməsi qrupları, dəniz piyadaları və müşahidəçilər qatılıb.
Sülh və təhlükəsizliyin təşviqi, terrorizmə qarşı birgə mübarizə məqsədilə keçirilən “AMAN-25” çoxmillətli təlimi fevralın 11-dək davam edəcək.