VII çağırış Azərbaycan Respublikası Milli Məclisinə 1 sentyabr tarixində keçiriləcək növbədənkənar seçkilərdə namizədliyimi irəli sürdüyüm 75 saylı Yardımlı-Masallı dairəsində təbliğat- təşviqat kampaniyama yenə də “Güclü Millət – Qüdrətli Dövlət yolunda sizin Səsiniz!” şüarı ilə başlayıram. Bu şüarın götürülməsi səbəbsiz deyildir. Bilirsiniz ki, mən həmişə xaos, anarxiya və populist çıxışların qəti şəkildə əleyhinə olmuşam.
Təbliğat-təşviqat işlərini dövlətimizin qanunları, milli-mənəvi dəyərlərimiz və aldığım ailə tərbiyəsi əsasında aparacağam.
Deputatlığa namizəd olan bütün şəxslərə hörmət və ehtiramımı bildirirəm.
Seçiləcəyim təqdirdə “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş deputat səlahiyyətləri və deputatlıq fəaliyyətinin formalarına ciddi riayət edəcəyəm. Qanunun həmin maddələrini nəzərinizə çatdırıram:
“Maddə 4. Deputatın səlahiyyətləri
Deputatın aşağıdakı səlahiyyətləri vardır:
Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək;
Azərbaycan Respublikası Milli Məclisinin orqanlarına seçmək və seçilmək;
qanunvericilik təşəbbüsünü həyata keçirmək;
deputat sorğusu vermək;
məlumat almaq və yaymaq;
toxunulmaz olmaq;
Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş hallarda şahid qismində ifadə verməkdən imtina etmək;
vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul edilmək.
Karantin rejiminin tətbiqi ilə əlaqədar ölkə ərazisində sərbəst hərəkətə qoyulan məhdudiyyətlər deputata, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə şamil edilmir.
Maddə 5. Deputatlıq fəaliyyətinin formaları
Deputat aşağıdakı formalarda fəaliyyət göstərir;
Milli Məclisin iclaslarında iştirak edir;
Milli Məclisin komitə və komissiyalarının işində iştirak edir;
Milli Məclisin, Milli Məclisin sədrinin, Milli Məclisin komitə və komissiyalarının tapşırıqlarını yerinə yetirir;
deputat sorğuları verir;
seçicilərlə iş aparır.”
Seçiciləri fəal olmağa çağırıram. Allah uca millətimizi və müqəddəs dövlətimizi qorusun!
Xeyirli- uğurlu olsun!