Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir

“Gələcək üçün bacarıqlar” layihəsinin veb-saytı istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin veb-saytı istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sayt inkubasiya proqramlarında iştirak edən startap layihələrinin tanıdılması, təşəbbüslərinin dəstəklənməsi, inkişaf etdirilməsi və investisiya imkanlarının genişləndirilməsi məqsədilə yaradılıb. Platforma sektorlar üzrə maraqlı investorları bir araya gətirərək startap layihələrinin inkişafına təkan verir.

Saytda layihənin “Tusi (2C) inkubasiya proqramı”nda iştirak etmiş komandalarının startap ideyaları haqqında ASAN TV vasitəsilə hazırlanan videolar yerləşdirilib. Videoda startaplarla ətraflı tanış olan və layihəyə investisiya etmək istəyən investorlar “İnvestisiya et” düyməsinə klikləməklə müraciət edirlər. Müraciətdən sonra tərəflərin görüşü təşkil olunur ki, bu da investorların asan və sürətli şəkildə layihələrə dəstək verməsinə imkan yaradır.

Saytda həmçinin “İnkubasiya proqramı”na qoşulmaq və ya ideyalarını göndərmək istəyən tələbə və gənclər üçün qeydiyyat formaları mövcuddur. Bu formaları doldurduqdan sonra uyğun startaplar və ya gənclər proqrama qoşula bilərlər. Beləliklə, sayt tələbələr və gənc təşəbbüskarlara ideyalarını həyata keçirmək, inkişaf etdirmək və sektorda öz yerlərini tapmaq üçün böyük bir imkan yaradır.

“Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, innovasiya fəaliyyətinin dəstəklənməsidir. Eyni zamanda, innovativ ideyaların inkişafı üçün tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsi əsas hədəflərdir.

Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə “Mentorluq proqramı”nı və mentorların iştirakı ilə tələbələrin öz ideyalarından startaplar formalaşdırmaları üzrə iki “İnkubasiya proqramı”nı əhatə edib.

Ümumilikdə layihəyə 2000-dən çox tələbənin 181 startap ideyası təqdim olunub. Bu çərçivədə universitetlərdə mentor kimi hazırlanmış 130-dan çox müəllimin dəstəyi ilə 98 startap komandası formalaşdırılıb. Layihənin rəsmi bağlanış tədbirində ümumi inkubasiya proqramlarının yekunu olaraq formalaşdırılan 19 startap komandası layihələrini təqdim edib və münsiflər heyəti tərəfindən qiymətləndirilən 3 komanda mükafatlandırılıb.

Hazırda layihə çərçivəsində “Bilişim Vadisi” ilə birgə 6 aylıq inkubasiya proqramı həyata keçirilir. Proqramın ilkin mərhələsində qeydiyyatdan keçmiş 47 komandadan 30 komanda seçilib. İkinci mərhələdə “İnnovasiyalar Mərkəzi” və “Bilişim Vadisi” tərəfindən təyin olunmuş hakim heyətinin qiymətləndirməsinə əsasən 10 komanda 6 aylıq inkubasiya proqramında iştirak hüququ qazanıb.