Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Konqres Mərkəzində xidməti müşavirə keçirib.

Fövqəladə Hallar Nazirliyinin (FHN)

FHN-in mətbuat xidmətindən verilən məlumata görə, müşavirə Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü ərazi Dövlət yanğın nəzarəti idarəsinin xidməti sahəsinə daxil olan Bakı şəhərinin Xətai, Nizami və Nərimanov rayonlarının ərazisində yerləşən mühüm əhəmiyyətli, təhlükə potensiallı obyektlərdə, həmçinin yaşayış sektorunda yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi, eyni zamanda qarşıda duran vəzifələr və onların həlli yollarının müzakirəsi məqsədilə təşkil olunub.

Tədbirdə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi daxili xidmət polkovniki Cəmil Xudiyev, Bakı şəhəri, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Zaur Hüseynov, Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, “Azərişiq” ASC və “Azəriqaz” İB-nin məsul əməkdaşları, rayon polis şöbələrinin nümayəndələri, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin rəhbər şəxsləri, bələdiyyə sədrləri və iri sahibkarlar iştirak ediblər.

Müşavirədə məişət və istehsalat tullantılarının qanunsuz yığıldığı ərazilərin təmizlənməsi, nasaz yanğın su hovuzlarının və hidrantlarının bərpası, mühüm əhəmiyyət kəsb edən, eyni zamanda təhlükə potensiallı müəssisələrin, yaşayış binalarının, eləcə də insanların kütləvi toplaşdığı obyektlərin yanğına qarşı vəziyyəti müzakirə olunub, nöqsan və pozuntular diqqətə çatdırılıb və problemlərin aradan qaldırılması ilə bağlı aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilib.

Müşavirədə COP29 ərəfəsində yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi məqsədilə qarşılıqlı fəaliyyətin gücləndirilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsinə dair planlar müzakirə edilib.