Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Ermənistanın silahlandırılmasına yönəlik fəaliyyət, regionda onsuz da kövrək olan sabitliyi təhlükə altına alır

“Avropa İttifaqının Ermənistanı silahlandırmaqda davam etməsi bu ittifaqın Cənubi Qafqazla bağlı geosiyasi maraqlarından irəli gəlir. Həm Azərbaycanda, həm də Gürcüstanda nüfuzunu tamamilə itirən Avropa İttifaqı bu uğursuzluğu hansısa formada kompensasiya etmək üçün son ümid olaraq Ermənistanı seçib və onlara davamlı yardımlarla rəsmi İrəvanı özünün əsas tərəfdaşına çevirməyə çalışır”.

“Avropa İttifaqının Ermənistanı silahlandırmaqda

Bunu Turanazerbaycan.com-a azərbaycanlı politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, bu Ermənistanı nəzarətdə saxlamaq və özündən asılı vəziyyətə salmağa hesablanan siyasətdir: “Bu yardımlar elə belə verilmir. Təbii ki, hər yardım İrəvan üzərinə müəyyən öhdəliklər qoyur. Ermənistan nə qədər maliyyə alarsa, bir o qədər ondan asılı vəziyyətə düşür. Yəni, başqa sözlə desək, Avropa İttifaqı Ermənistanın silahlandırılması üçün “Sülh Fondundan” vəsait ayırmaqla əslində Ermənistandan daha çox öz maraqlarını təmin etmiş olur.
Şübhəsiz ki, AVropa İttifaqının Ermənistana verdiyi bu dəstək regionda sabitliyə xidmət etmir və davamlı sülh perspektivlərini təhlükə altına atır. İkinci bir tərəfdən isə bu fəaliyyət əslində Avropanın müdafiə etdiyi prinsiplərlə də daban-dabana ziddiyət təşkil edir.
Aydındır ki, Ermənistan üçün ayrılan vəsait bu ölkənin təhlükəsizliyin təmin edilməsi üçün ayrılmayıb. Əksinə, Ermənistanın silahlandırılmasına yönəlik fəaliyyət, regionda onsuz da kövrək olan sabitliyi təhlükə altına alır və verilən dəstək fonunda Ermənistanda revanşist hisslərin artmasına təkan verir. Bu isə istər-istəməz Ermənistanda sülh danışıqlarından imtina edilməsi fikrini gücləndirir.
Ermənistanın silahlandırılmasına Aİ-nin “Sülh Fondu” ilə yanaşı ən vacib oyunçulardan biri də Fransadır. Fransanın davamlı şəkildə Ermənistana bütün platformalarda dəstək verdiyini hər birimiz bilirik. Buraya təkcə siyasi deyil, həm də silah və texnika dəstəyi də aiddir. Bu fəaliyyət də əslində özündə Fransanın Cənubi Qafqaz maraqlarını ehtiva edir. Yəni bu gün Ermənistanı aktiv şəkildə silahlandıran tərəflərin hər biri – buraya Hindistan da aiddir – bütün bu fəaliyyəti öz maraqlarını təmin etmək baxımından həyata keçirirlər. Odur ki, bu silahlanma fonunda baş verə biləcək hər hansı bir gərginliyin də məsuliyyəti bundan sonra təkcə Ermənistanın yox, həm də onu silahlandıranların üzərinə düşəcək”.