Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Əlilliyi olan şəxslərin XII Ümumrespublika yaradıcılıq-sərgi müsabiqəsinə start verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə 3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar Əlilliyi olan şəxslərin XII Ümumrespublika yaradıcılıq-sərgi müsabiqəsinə start verilib.

Əmək və Əhalinin Sosial

Yaradıcılıq-sərgi müsabiqəsi “Şərq Bazarı” ticarət kompleksi və Azərbaycan Rəssamlıq Akademiyasının dəstəyi ilə həyata keçirilir.

Noyabrın 30-u, dekabrın 1-i və dekabrın 10-da “Şərq Bazarı” ticarət kompleksində keçiriləcək tədbirdə Bakı və respublikamızın bölgələri üzrə əlilliyi olan 195 şəxsin 2500 əl işi nümayiş olunur.

Sərgidə rəsm, xalçaçılıq, toxuculuq, bədii tikmə, bədii oyma, oyma ilə suvenir hazırlanması, muncuqlar ilə suvenir hazırlanması və digər nominasiyalar üzrə nümunələr təqdim edilir.

Yaradıcılıq nümunələri münsiflər heyəti tərəfindən əlilliyi olan şəxslərin yaş qrupları da nəzərə alınmaqla qiymətləndiriləcək. Müvafiq nominasiyalar üzrə yer tutan müəlliflərə diplom və mükafatlar, həmçinin sərgi-müsabiqənin digər iştirakçılarına həvəsləndirici mükafatlar və təşəkkürnamələr təqdim olunacaq.

Dekabrın 3-6-da isə satış sərgisi Azərbaycan Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində davam edəcək.

Qeyd edək ki, ənənəvi olaraq keçirilən müsabiqənin məqsədi əlilliyi olan vətəndaşlarımızın hazırladıqları əl işlərinin satışını təşkil etməklə onların fəaliyyətinin stimullaşdırılması, xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarımızın cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsidir.