Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir

Ekoloq: Bir ton kağız istehsalı 17 ağacın kəsilməsi deməkdir

Son illər Azərbaycanda ətraf mühitin qorunması istiqamətində əhəmiyyətli addımlar atılıb. Ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olaraq qeyd olunub. Bu prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində nəhəng layihələr həyata keçirilir. Bundan başqa, dövlət başçısının Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Ancaq ətraf mühitin sağlamlaşdırılması həm də məişət tullantılarının düzgün idarə olunmasından keçir. İnkişaf etmiş ölkələrdə məişət tullantılarının təkrar emalı gəlirli və rentabelli sahəyə çevrilib. Bu sektorun inkişafı minlərlə iş yerinin yaradılmasına, xammal probleminin həllinə səbəb olub.

Son illər Azərbaycanda ətraf

Bunu “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə” İctimai Birliyinin sədri, ekoloq Elman Cəfərli deyib.

Onun sözlərinə görə, kağız tullantılarının düzgün idarəedilməsi daha faydalı nəticələrə səbəb olur: “Ötən əsrin 90-cı illərində, 2000-ci illərin əvvəllərində Bakıda və Abşeronun şəhər və qəsəbələrində məişət tullantılarının idarə olunması sahəsində vəziyyət ağır idi. Tullantılar harada gəldi yandırılırdı. Ancaq 2006-cı ildə il ərzində 100 min ton məişət tullantısı çeşidləyən zavod işə salınandan sonra vəziyyət dəyişdi. Balaxanıda qurulmuş Bərk Məişət Tullantıları Zavodunun fəaliyyəti ətraf mühit və insan sağlamlığına mənfi təsirlərin azaldılması, təbii ehtiyatlar və enerjiyə qənaət, təkrar emal sənayesinin stimullaşdırılması, təkrar emala yararlı və ucuz xammal bazasının formalaşdırılması, son tullantı miqdarının və həcminin azaldılması və yeni iş yerlərinin açılması baxımından mühüm əhəmiyyətə malikdir”.

Ekoloq bildirib ki, kağız tullantılarının çeşidlənməsi və təkrar istehsalı ölkəmiz üçün, həm də qlobal miqyasda böyük əhəmiyyət kəsb edir. “Gündəlik həyatımızda kağızdan demək olar ki, çox istifadə edirik. Təxmini hesablamalara görə, 1 ton kağız istehsalı 17 ağacın kəsilməsi deməkdir. Kağız istehsalı prosesində atmosferə 36 ton karbon qazı atılır, 4 min 100 kilovat elektrik enerjisinin sərf olunur, 267 kiloqram çirkli qaz atmosferə buraxılır. Həmçinin yanacaq kimi 1750 litr neft sərf olunur, 3-4 kvadratmetrlik anbarlama sahəsindən istifadə edilir, 85 kvadratmetr meşə ərazisi məhv edilir, 38,8 ton su sərf olunur. Dünya əhalisi artır, təbii sərvətlərdən istifadə genişlənir. Təbii sərvətlər tükənməz deyil. Təbii sərvətlərin sürətlə tükənməsi perspektivdə ciddi iqtisadi problemlərin yaranacağını anons edir. Bu baxımdan xüsusən kağız sənayesində təkrar emalın stitullaşdırılması çox vacibdir. Təkrar istifadənin məqsədlərindən biri atılmalı olan tullantıların miqdarını azaltmaq və bununla da ətraf mühitin çirklənməsinin qarşısını almaqdır. Torpağın və suyun çirklənməsi öz növbəsində kənd təsərrüfatı məhsullarının çirklənməsinə vəsilə olur. Bu gün kağız tullantıları tullantı poliqonundakı tullantıların 26 faizini təşkil edir. Kağız tullantılarının çirklənmə riski daha çox olduğu üçün məişət tullantılarının çeşidlənməsi zamanı diqqətli olmaq lazımdır. Kağız tullantıları yağ, sürtkü materialları ilə çirklənməməlidir”, – deyə o əlavə edib.