Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir

Əbülfəz Tağıyev: İqlim dəyişikliyi ilə əlaqədar 5 növə aid 300 minə yaxın quş fərdi çoxalma davranışını dəyişib

“Quşların miqrasiya yolunun üzərində yerləşən Azərbaycandan hər il milyonlarla quş növü şimaldan-cənuba, cənubdan-şimala doğru miqrasiya edir. Azərbaycanın təbii coğrafi şəraiti və iqlimi imkan verir ki, burada 4 quş populyasiyasını rahat müşahidə etmək mümkün olsun: köçəri-qışlayan, köçəri-yuvalayan, miqrant və oturaq quş populyasiyaları. Şimaldan-cənuba miqrasiya edən köçəri-qışlayan quş növləri Rusiyanın ərazisindən, Qazaxıstanın şimalından, Şimali Avropa ölkələrindən gələrək bizim ərazimizdən keçir. Köçəri-yuvalayan quşlar isə Cənub-Şərqi Asiya ölkələrindən, Afrikadan, hətta Avstraliyadan bizim ərazidə yuvalamağa gəlirlər. Miqrant quş populyasiyaları bizim ərazimizdən müvəqqəti istifadə edirlər. Oturaq quş populyasiyaları isə Azərbaycan ərazisində daim rast gəlinən, yəni il boyu müşahidə edilən quş populyasiyalarıdır”.

“Quşların miqrasiya yolunun üzərində

Bunu Bakı Dövlət Universitetinin Zoologiya və fiziologiya kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Əbülfəz Tağıyev deyib.

Kafedra müdirinin sözlərinə görə, quşların bizim ərazimizdən keçməsi onların beynəlxalq konvensiyalara uyğun olaraq qorunması problemini gündəliyə gətirir: “Həmin quşların böyük əksəriyyəti su-bataqlıq quşlarıdır. Xəzərin Azərbaycan sektorunda isə xüsusi rejimlə qorunan ərazilərimiz var: Samur-Yalama, Abşeron, Şirvan və Qızılağac milli parkları. Xüsusilə su-bataqlıq quşlarının məskunlaşdığı ən böyük ərazi Qızılağac Milli Parkıdır. Burada Avropa ölkələrindən xeyli sayda müxtəlif quş növləri qışlayır”.

Ə.Tağıyev bildirib ki, qlobal iqlim dəyişmələri quşların miqrasiyasına müəyyən qədər təsir etsə də, köç vaxtına təsir edə bilmir. Yəni uzun illər ərzində formalaşmış köçün müddəti maksimum 1 həftə və ya 10 gün ərzində dəyişə bilər. Köç eyni vaxtda başlayır. Bu, bir sıra faktorlarla bağlıdır. Həmin amillərdən biri payızda günün uzunluğunun qısalması, yaxud qida çatışmazlığı ilə əlaqədardır. Həmin səbəblərdən dolayı quşların böyük əksəriyyəti şimal ölkələrindən cənub ölkələrinə doğru miqrasiya edirlər. Amma köç vaxtı miqrasiya olunan müəyyən istiqamətlər dəyişə bilər. Məsələn, elə su hövzələri var ki, quruyub sıradan çıxıb. Həmin ərazilərə əvvəllər miqrasiya edən quşlar müvəqqəti, yaxud uzunmüddətli məskunlaşan quş populyasiyaları o ərazilərdən istifadə etməyə bilər. Lakin, köçün vaxtı isə dəyişmir, çünki uzun illər ərzində formalaşıb.

“1996-cı ildən başlayaraq Xəzərin səviyyəsi 2 metr enib. Nəticədə Cənub-Şərqi Asiya ölkələrindən, Afrikadan gələn köçəri yuvalayan quşlar – kiçik qarabatdaq, adi qarıldaq, sarı vağ, Misir vağı və kiçik ağ vağ yuvalama yerlərini dəyişiblər. Həmin beş növ Qızılağac Milli Parkında qamışlıqda da, yulğunluqda nəsil verirdi. İndi isə suyun səviyyəsi endiyindən həmin ərazilər quruyub. Belə olan halda müxtəlif heyvanlar – çaqqal, tülkü, qamışlıq pişiyi tərəfindən yuvaları dağıdılır, quşlar da təhlükəni hiss etdiklərindən həmin ərazidə yuvalamır, çoxalma davranışlarını dəyişərək daha təhlükəsiz yer seçirlər. Müşahidələr göstərir ki, iqlim dəyişikliyi ilə əlaqədar təxminən 5 növə aid 300 minə yaxın fərd çoxalma davranışını dəyişib. Şimaldan gələn quşların da qışlama davranışlarında dəyişiklik baş verib. Əgər onlar Kiçik, Böyük Qızılağac körfəzi ərazilərində qışlayırdılarsa, indi Xəzərdə suyun səviyyəsinin enməsi nəticəsində həmin ərazilər quşların qidalanma, sığınacaq, gecələməsi və dincəlməsi üçün yararsız vəziyyətə düşüb. Miqrasiya marşrutunun dəyişməsi gələcəkdə qida zəncirində, qida şəbəkəsində, maddələr və enerji mübadiləsində müəyyən problemlər yarada bilər”, – deyə Ə.Tağıyev diqqətə çatdırıb.