Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, müzakirələr zamanı Azərbaycan-Türkiyə qardaşlığı, iki ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrdə olduğu kimi, müdafiə və sərhəd təhlükəsizliyi istiqamətində də əlaqələrin ən yüksək səviyyədə inkişafına zəmin yaratması vurğulanıb, qarşılıqlı əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.
Görüşdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Türkiyə Respublikasının Quru Qoşunları Komandanlığı arasında əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib, birgə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.