Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir

Dövlət Neft Fondunun aktivləri 58 milyard dolları ötüb

Cari il iyunun 30-na Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivləri 58 000,6 milyon dollar təşkil edib.

Cari il iyunun 30-na

Bu barədə ARDNF-in 2024-cü ilin yanvar-iyun ayları üzrə gəlir və xərclərinə dair məlumatda qeyd olunub.

Fondun aktivləri bu ilin əvvəlinə (56 069,7 milyon dollar) nisbətən 3,4 faiz artıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə fondun aktivləri (54 915,1 milyon dollar) 5,6 faiz artıb.

Bundan başqa, cari ilin yanvar-iyun ayları ərzində ARDNF-in büdcə gəlirləri 1,3 dəfə azalaraq 9 milyard 254,9 milyon manat, büdcə xərcləri isə 2,4 dəfə artaraq 6 milyard 414,4 milyon manat təşkil edib.