Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə müsahibəsində deyib.
“Azərbaycanın “ASAN xidmət” brendini 20-dən artıq ölkəyə intellektual məhsul olaraq ixrac edirik. COP29 çərçivəsində BMT ilə “ASAN xidmət” arasında növbəti töhfə anlaşması imzalanıb. Anlaşmaya əsasən “ASAN xidmət” modelinin BMT xətti ilə 4 qitədə təşviqi və ixracı ilə bağlı işlər görəcəyik”, – deyə Ü.Mehdiyev bildirib.