Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir

Daha güclü Azərbaycan naminə daim irəli!

95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsindən deputatlığa namizəd Jalə Əliyeva

95 saylı Zərdab-Kürdəmir-Ucar seçki

Əziz seçicilər, dəyərli həmvətənlər!

1 sentyabr 2024-cü il tarixində ölkəmizdə keçiriləcək VII Çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin təbliğat təşviqat mərhələsinə bu gün – 9 avqust tarixində start verildi. Bütün namizədləri təbrik edir, seçiləcək millət vəkillərinə dövlət, xalq, ölkə naminə fəaliyyətlərində daim uğurlar arzulayıram.

Bu seçkilər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm Zəfərdən sonra ölkəmizdə keçirilən ilk Parlament seçkisidir. Bundan bir-neçə ay əvvəl – 7 fevral tarixində keçirilən Prezident seçkisində xalq öz sözünü dedi! Dəmir yumruqlu, dəmir iradəli Xilaskar Prezidentini seçdi! Bununla da Azərbaycanın ən müasir tarixində yeni dövrün başlanğıcının təməli qoyuldu. İndi isə növbə Parlament seçkilərinindir. Bu dəfəki Parlament seçkilərinə Qalib Azərbaycanın qələbə qüruru və yeni hədəflərlə qatılırıq.

Daha güclü Azərbaycan naminə daim irəli! Bu yolda yorulmadan, inamla atdığımız bütün addımlar Dövlətimiz, Ölkəmiz və Xalqımız üçün xeyirli, düşərli olsun! Amin!