Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Çinin müvəqqəti işlər vəkili: Azərbaycan COP29-a uğurla ev sahibliyi etməklə dünyaya yeni müsbət nümunə göstərdi

Noyabrın 29-da Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında Çin Kommunist Partiyasının (ÇKP) dəvəti ilə noyabrın 13-20-də Çində səfərdə olmuş YAP nümayəndə heyətinin bu ölkənin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Din Tao ilə görüşü keçirilib.

Noyabrın 29-da Yeni Azərbaycan

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov möhkəm dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və etibarlı strateji tərəfdaşlıq müstəvisində yüksələn xətt üzrə inkişaf edən Azərbaycan-Çin münasibətlərinin hər iki ölkənin milli maraqlarına və müasir qlobal çağırışlara cavab verdiyini qeyd edib. Deyib ki, dövlət başçıları İlham Əliyev və Si Cinpinin siyasi iradələri sayəsində Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin qəbulu ilə ölkələrarası münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib.

Qarşılıqlı səfərlərin həm ölkələr, həm də partiyalar arasında əlaqələrin mövcud vəziyyətinin qiymətləndirilməsi və əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi baxımından əhəmiyyətinə diqqəti cəlb edən Tahir Budaqov vurğulayıb ki, Azərbaycan-Çin münasibətlərinin mühüm tərkib hissəsi kimi YAP ilə ÇKP arasında əlaqələrin inkişafı xüsusi diqqət mərkəzindədir. Partiyalar arasında fəal siyasi dialoq mövcuddur və qarşılıqlı təmaslar intensiv xarakter daşıyır.

YAP Mərkəzi Aparatının rəhbəri daimi təmasların gənclər arasında da səmərəli ünsiyyətin gücləndirilməsinə, mütəmadi olaraq qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılmasına mühüm töhfə kimi önəmini diqqətə çatdırıb.

Sonra YAP İdarə Heyətinin üzvləri, millət vəkilləri Pərvin Kərimzadə, Hikmət Məmmədov, Azər Badamov, Ülviyyə Həmzəyeva, partiyanın Təftiş Komissiyasının üzvü, millət vəkili Elman Nəsirov səfər haqqında təəssüratlarını bölüşüblər.

ÇXR-in ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Din Tao ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini, iki ölkə liderlərinin səyləri nəticəsində Azərbaycan-Çin münasibətlərinin strateji xarakter daşıyaraq uğurla inkişaf etdiyini söyləyib. O, ÇXR-in COP29-da Baş nazirin müavini Din Süesənin rəhbərlik etdiyi yüksəksəviyyəli nümayəndə heyəti və min nəfərədək digər iştirakçı ilə təmsil olunduğunu və Bakıda mühüm görüşlərin keçirildiyini xatırladıb. Din Tao bəzi qüvvələrin qarayaxma kampaniyası aparmasına və prosesə maneə törətmək cəhdlərinə baxmayaraq, Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə uğurla ev sahibliyi etməklə dünyaya yeni müsbət nümunə göstərdiyini, COP29 çərçivəsində “Bakı Maliyyə Məqsədləri” sənədinin qəbulunun qlobal iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizədə tarixi əhəmiyyət daşıdığını bildirib. O, Azərbaycanın qlobal müstəvidə belə mühüm nailiyyətə imza atması münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

YAP ilə ÇKP arasında əməkdaşlığın önəmindən danışan Din Tao YAP nümayəndə heyətinin səfərinin uğurlu olmasının böyük məmnunluq doğurduğunu diqqətə çatdırıb.