Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşüb

Dekabrın 27-də xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşüb.

Dekabrın 27-də xarici işlər

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüş zamanı Baş katib bir daha “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı diləklərini çatdırıb, həlak olanların ailələrinə səbir diləyib.

Nazir Ceyhun Bayramov öz növbəsində TDT və Baş katib tərəfindən faciənin ilk anından başsağlığı məktubları və bəyanatlarına görə minnətdarlığını bildirib.

Nazir təşkilat çərçivəsində dostluq, qardaşlıq və əməkdaşlığın gücləndirilməsinin əsas prioritet olduğunu, Azərbaycanın bu potensialın reallaşması istiqamətində Türk Dövlətləri Təşkilatı çərçivəsində atılan addımları, təşəbbüsləri və ideyaları daim dəstəklədiyini, təşkilatın katibliyinin və beynəlxalq təşkilatlarda müşahidəçi statusunun daha da gücləndirilməsinin və genişləndirilməsinin vacib olduğunu vurğulayıb.

Tərəflər bu il Şuşada keçirilmiş qeyri-rəsmi sammitin, sammit zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinin, habelə Bişkekdə keçirilmiş sammit zamanı qəbul edilmiş qərarların təşkilat çərçivəsində çoxşaxəli əməkdaşlıq üçün əhəmiyyətini qeyd ediblər. Bu il ortaq Türk Əlifbasının, təşkilatın yeni bayrağı və loqosunun qəbulunun, təşkilat çərçivəsində Mülki Müdafiə Mexanizminin təsis edilməsi barədə qərarın və bir sıra digər istiqamətlərdə razılıqların təşkilatı daha da gücləndirdiyi diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.