Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Ceyhun Bayramov: Ermənistandan ciddi və əməli addımlar gözləyirik

Ermənistanla postmünaqişə mərhələsində təmaslar davam edir. Burada bir neçə istiqamət var. Xarici işlər nazirləri daha çox sülh müqaviləsi layihəsi üzrə danışıqlar aparırlar, mütəmadi şəkildə görüşlər keçirilir. Ötən il bir neçə belə görüş olub. Görüşlərarası təmaslar davam edir. Hazırda növbəti görüşün yeri və vaxtı barədə konkret razılaşma yoxdur. Güman edirik ki, 2025-ci ildə də bu proses davam edəcək.

Ermənistanla postmünaqişə mərhələsində təmaslar

Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

“Saziş layihəsinin preambul hissəsi və 17 maddədən 15-i razılaşdırılıb. İki maddə hələ ki, tam razılaşdırılmayıb. Danışıqlar davam edir. Azərbaycan ictimaiyyəti də bilir ki, sülh sazişinin mətnindən başqa burada digər ciddi və açıq məsələ var. Bu da Ermənistanın konstitusiyasında və bir sıra normativ-hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddialarının hələ də mövcudluğudur. Bu istiqamətdə Ermənistandan ciddi və əməli addımlar gözləyirik. Bəyanatları və mesajların hamısını eşidirik və real addımlarda ciddi çatışmazlıq görürük”, – deyə C.Bayramov qeyd edib.