Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Ceyhun Bayramov: Azərbaycan və Türkiyə arasında münasibətlər əhatə dairəsinə görə geniş, məzmunca zəngindir

Azərbaycan Türkiyə münasibətləri liderlərimizin vizyonu ilə, tarixi Şuşa Bəyannaməsinin imzalanması ilə müttəfiqlik səviyyəsinə yüksəlib.

Azərbaycan Türkiyə münasibətləri liderlərimizin

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, iki ölkə arasında münasibətlər əhatə dairəsinə görə geniş, məzmunca zəngindir. O, həmkarı ilə bu gün keçirdiyi görüşdən də bəhs edib.

“Ölkələrimiz arasında bir sıra layihələr uğurla icra edilir. Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayı 4 minə yaxındır. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə Azərbaycanla yanaşı, Türkiyə şirkətləri də fəaliyyət göstərir”, – deyə o əlavə edib.