Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir

Cəbrayılda Şəhər Günü qeyd olunub

Cəbrayıl şəhəri doğma sakinlərinə qucaq açıb. Daha bir tarixi gün – Cəbrayıl Şəhəri Günü sakinlərin iştirakı ilə öz doğma şəhərlərində qeyd edilib.

Cəbrayıl şəhəri doğma sakinlərinə

Cəbrayıl Şəhəri Günü tədbirində mədəniyyət naziri Adil Kərimli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsi Vahid Hacıyev, ziyalılar, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir konsert proqramı ilə başlayıb. Həmçinin Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışları izlənilib, tamaşalar nümayiş olunub. Ziyarətçilər Cəbrayılın qədim və müasir tarixini, mədəni irsini əks etdirən sərgilərlə də tanış olublar.

Cəbrayıl Şəhəri Günü axşam möhtəşəm atəşfəşanlıqla başa çatıb.