Bu barədə BMT Baş katibinin sözçüsünün müavini Stefani Trembleyin AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin Aktauda qəzaya uğraması ilə əlaqədar bəyanatında deyilir.
Bildirilir ki, Baş katib həlak olanların ailələrinə və zərər çəkmiş ölkələrə dərin hüznlə başsağlığı verir. “Baş katib, həmçinin bu faciəvi hadisədə yaralananların tez və tam şəkildə sağalmasını arzulayır”,- deyə bəyanatda qeyd edilir.