Bunu jurnalistlərə müsahibəsində Türkiyənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgün deyib.
“O gün çox sayda Azərbaycan vətəndaşı əsir götürüldü və itkin düşdü. Bu qətliam insanlıq tarixinə qara ləkə kimi həkk olundu. Biz hər zaman Azərbaycan xalqının acılarını paylaşmışıq və paylaşmağa davam edirik. Şəhid olmuş qardaşlarımıza Allahdan rəhmət diləyir, Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. Belə faciələrin bir daha yaşanmaması üçün Türkiyə və Azərbaycan qardaşlığını daha da möhkəmləndirməyə səy göstəririk”.