Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir

Bir il yarım və iki sentyabr döyüşü…

Murad yeganə övladımız idi. Onu da Vətən yolunda qurban verdik. Çox çətindir, amma çox qürurluyam…

Murad yeganə övladımız idi.

Bunu ötən il Qarabağda keçirilən lokal antiterror əməliyyatları zamanı şəhid olan əsgər Murad Arzullayevin atası Təvəkkül Arzullayev deyib.

Təvəkkül Arzullayev üçün Muraddan danışmaq asan deyildi. Gözünün ağı-qarası bir övladının xoş günlərinə şahid olmadan onu öz əlləri ilə torpağa vermişdi. “Bir il yarımlıq həsrətin bitməsinə, tərxis olunmasına 10 gün qalmışdı. Getdiyi kimi sağ-salamat geri dönmək qismət olmadı, qədərində şəhidlik varmış demək”, – deyir şəhidin atası…

T.Arzullayevin sözlərinə görə, Muradın ürəyində problem olduğundan onu hərbi xidmətə aparmırlarmış. Müalicə alaraq təkidlə Vətən keşiyi çəkməyə gedibmiş: “Daim öndə xidmət etmək, vuruşmaq eşqi var idi Muradda. Komando birliyində xidmət edirdi. Evin tək övladı olduğundan ondan çox narahat olduğumuzu bilirdi, ona görə də hər şeyi bizdən gizlədirdi. Ən son 2023-cü ilin martında məzuniyyətə gəlmişdi. Ondakı dəyişikliklər nəzərimdən qaçmamışdı. Hündür boyuna yaraşan cüssəli bədəni övladımı daha da gözəgəlimli etmişdi. Ona baxdıqca qürurlanırdım. Son bir il idi ki, Qubadlıda xidmətini davam etdirirdi. Antiterror tədbirlərindən bir həftə əvvəl danışdıq. Təlimlərə gedəcəyini dedi. Gəlməyinə də sayılı günlər qalmışdı. Gəldi, amma bayrağa bükülmüş şəkildə çiyinlərdə gətirdilər…

Murad Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsi istiqamətində yüksəkliklərdən birinin azad edilməsi uğrunda döyüşlərdə şəhid olub. Biz onun döyüşlərdə iştirak etdiyini şəhidlik xəbərini alandan sonra bildik. Hətta o, 2022-ci il sentyabrın 12-14-də ermənilərin sərhəd ərazilərində törətdiyi təxribatlar zamanı Laçın istiqamətində də döyüşübmüş. Murad hər şeyi bizdən gizlətmişdi. Biz bir qəhrəman yetişdirdiyimizdən xəbərsiz olmuşuq. O, öz istəyi ilə döyüşlərə atılıb, misilsiz şücaət göstərib. Murad 23 saat ərzində tarixdə görünməyən uğura imza atan rəşadətli ordunun hərbi qulluqçusudur. Tək onu deyə bilərəm ki, oğlumla qürur duyuram”.