Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Baş Prokurorluq: Yaralıların yaxın qohumlarından DNT analizi götürülür

Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası ilə bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluq tərəfindən istintaq hərəkətləri, o cümlədən zərərçəkmişlərin şəxsiyyətinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

Qazaxıstanın Aktau şəhərində baş

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, hazırda Baş Prokurorluğun Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov, 160 ünvanında yerləşən inzibati binasında (Dərnəgül metrostansiyasının yaxınlığı) yaralıların yaxın qohumlarından DNT analizi götürülür.

Müvafiq analizlərin verilməsi üçün hadisə nəticəsində zərərçəkmişlərin ailə üzvlərinin qeyd olunan ünvana və ya yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yaxınlaşmalarını, habelə, əlavə suallar olduğu təqdirdə Baş Prokurorluğun “961” nömrəli Çağrı Mərkəzi, “161” nömrəli Qaynar xətti və (012) 361 16 42 saylı əlaqə nömrəsinə zəng etmələri xahiş olunur.